Dünyadan

“Bavariya”nın ulduz futbolçusu rəsmən Madrid klubunda – FOTO

Almaniyanın “Bavariya” klubunun hücumçusu Mario Mandzukiç yeni klubu Madrid “Atletiko”su ilə müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı forvard Madrid təmsilçisi ilə 2019-cu ilə qədər müqavilə imzalayıb.

28 yaşlı hücumçunun transferi “Atletiko”ya 22 milyon avroya başa gəlib. 

Qeyd edək ki, ötən mövsüm Almaniya bundesliqasında 30 oyuna çıxan xorvatiyalı futbolçu 18 dəfə rəqib qapılarına yol tapıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43