Kateqoriyasız

“Sumqayıt”dan növbəti transfer

Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Sumqayıt” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son olaraq “Rəvan”da çıxış etmiş Kamil Nurəhmədov komanda ilə 2 illik müqavilə imzalayıb.

23 yaşlı futbolçu “Sumqayıt”da 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2011/2012 mövsümündə “Sumqayıt”da çıxış etmiş Kamil Nurəhmədov həmin mövsüm komandada ən çox oyun keçirmiş futbolçu olub. O, 32 turun hamısında meydanda olub. Bundan başqa, Nurəhmədov həmin mövsüm 4 qol vurmaqla 2-ci ən sərrast futbolçu adını qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43