Kateqoriyasız

“Sumqayıt” Antalyada oteldən qovulub? – Klubdan açıqlama

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt”ın sözügedən şəhərdə qərarlaşdığı “Aska Resort” otelindən qovulması ilə bağlı məlumat yayıldı (sportinfo.az).

Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov İdmanxeber.az-a açıqlamasında məlumatı yalanlayıb. Klub rəsmisi məsələyə belə aydınlıq gətirib:

“Bu informasiya yalandı. Bu gün komandada istirahət günü olub. Məşqimiz olmayıb. Hamılıqla şəhərdə olmuşuq. Gəzintidən sonra da otelə gəlmişik. Komandanın oteldən qovulması yalan məlumatdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43