“Sumqayıt” komandası bu gün Konfrans Liqasında növbəti matçına çıxacaq.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 2-ci mərhələnin cavab oyunu çərçivəsində Serbiyanın “Çukariçki” komandasını qəbul edəcək. Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmaya saat 20:00-da start veriləcək.
Komandalar arasında Serbiyada baş tutan ilk matçda qapılara qol vurulmayıb.
Konfrans Liqası, 2-ci mərhələ, cavab oyunu
29 iyul
20:00 Sumqayıt – Çukariçki (Serbiya)
Baş hakim: Yorgen Burxardt (Danimarka)
İlk oyun 0:0