Ölkə futbolu

“Sumqayıt”dan daha bir transfer

“Sumqayıt” Futbol Klubu 2017/2018 mövsümü üçün növbəti transferini həyata keçirib.

İdmanxeber.com-un məlumatına görə, komanda son olaraq “Zirə”də çıxış etmiş Cavid Tağıyevi heyətinə qatıb. 24 yaşlı futbolçu “Sumqayıt”la 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Cavid Tağıyev “Zirə”dən başqa, “Turan, AZAL və “Qarabağ”ın şərəfini qoruyub. O, həmçinin vaxtilə Azərbaycanın U-19, U-21 və A millinin şərəfini qoruyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43