İdman

“Sumqayıt”ın Antalyadakı rəqibləri bəlli oldu

Yanvarın 10-da təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə gedəcək “Sumqayıt” qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda ilk olaraq, yanvarın 13-də Albaniya təmsilçisi “Şkenderbeu” ilə qarşılaşcaq.

“Sumqayıt” növbəti yoxlama oyununda yanvarın 16-ı Özbəkistan klubu “Nasaf” klubu ilə üz-üzə gələcək

Komanda Antalyada son yoxlama oyununu isə yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau”ya qarşı keçirəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43