Ölkə futbolu

“Sumqayıt”ın rəqibi məlum oldu

Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” Futbol Klubu qonşu ölkədə dörd yoxlama oyunu keçirməyi planlaşdırır.

İdmanxeber.com-un məlumatına görə, artıq komandamın ilk rəqibi də müəyyənləşib. 


Belə ki, “Sumqayıt” Səudiyyə Ərəbistanı təmsilçisi “Al Khaleej” klubu ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 15-də yerli vaxtla saat 17:00-da “Fənərbağça” Topuk Yaylası İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının yüksək liqasında mübarizə aparan “Al Khaleej” klubu 1945-ci ildə yaradılıb və 2015/2016 mövsümünü 33 xalla 14 komanda arasında 7-ci pillədə başa vurub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43