Kateqoriyasız

SUPERKUBOK: “Xəzər Lənkəran”dan azarkeşlərlə bağlı yeni xəbər

Oktyabrın 23-də Naxçıvanda "Neftçi" ilə Superkubok matçına çıxacaq "Xəzər Lənkəran" həftəsonu "Simurq"la keçirəcəyi Premyer Liqa matçına hazırlaşır.

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a verdiyi açıqlamada heç bir zədəli futbolçunun olmadığını bildirib.

Bundan əlavə Naxçıvandakı Superkubokla bağlı matça da toxunan klub rəsmisi, ora azarkeş aparacağları ilə bağlı suala belə cavab verib:

"Hələ bu məsələ haqda tam nəsə demək olmaz. Ola bilsin ki, 1-2 avtobus azarkeş aparaq. Ancaq bu dəqiq bir məlumat deyil və yaxın günlərdə bu haqda yenilik olsa azarkeşlərimiz xəbər tutacaq".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43