Ölkə futbolu

AFFA klubları cərimələdi

Bu gün İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

PFL-in  rəsmi saytına istindən verdiyimiz məlumata görə, İK Topaz Premyer Liqanın son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.

Topaz Premyer Liqasının IX turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında “Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Topaz Premyer Liqasının IX turunun “Qəbələ” – “Neftçi” matçının 76-cı dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə edilib.

Topaz Premyer Liqasının IX turunun AZAL – “Simurq” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Topaz Premyer Liqasının IX turunun “Sumqayıt” – “İnter” matçının 66-cı dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Ruslan Qurbanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43