Dünya futbolu

Superkubokun ən yaxşı oyunçusu müəyyənləşdi

UEFA Superkubokunun finalında keçirilən “Real” – “Mançester Yunayted” görüşünün (2:1) ən yaxşı futbolçusu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, qitənin ali futbol qurumu Madrid klubunun yarımmüdafiəçisi İskonu ən yaxşı oyunçu seçib. İspan oyunçu sözügedən qarşılaşmada komandasının ikinci qolunun müəllifi olub.

Matçdan sonra ona xüsusi mükafat  verilib.

Qeyd edək ki, start heyətdə meydana daxil olan İsko 74-cü  dəqiqədə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43