Kateqoriyasız

Svanadze: “Yüksək səviyyəli hücumçumuz yoxdur”

“Düşünürəm ki, müdafiəçilərimiz bu gün çox yaxşı oynadılar. Müdafiəçilərimiz rəqib hücumçularına imkan vermədilər”.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 11-ci turunda “Zirə” ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

O, ikinci hissədə təhlükəli epizodlar yaratdıqlarını vurğulayıb:

” Buna baxmayaraq, təəssüflənirəm ki, bizim yüksək səviyyəli hücumçumuz yoxdur. Nə qədər dəyişikliklər etsək də, irəlidə daha güclü ola bilmirik. Bu problemləri aradan qaldırmaq üçün variantlar axtarırıq. Yaxşı oynamayan futbolçu ehtiyatda oturmalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43