İdman

Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Əbu-Dabidə

Xəbər verdiyimiz kimi, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” yarışı keçirilir.

İdmanxeber.com-un məlumatına görə, bu mötəbər turnirdə Azərbaycan cüdoçuları da mübarizə aparırlar. Hal-hazırda Abu-Dabidə çəkisi 73 ve 81 kq olan cüdoçular medallar uğrunda mübarizə aparırlar.

Yarışları Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov və İcraiyyə Komitəsinin üzvü, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov da izləyirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43