Kateqoriyasız

“Synergy Baku”dan uğurlu sonluq

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku”nun Xorvatiyada keçirilən “Istrian Spring Trophy” veloyürüşündə mübarizəsi başa çatıb. 

İdmanxeber.com-un məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.2 kateqoriyalı yarışının sonuncu, 3-cü mərhələsi komandamızın üzvü Matey Müqerlinin qələbəsilə başa çatıb.

146 km-dən ibarət bu bölümdə velosipedçimiz finiş xəttini hamıdan tez keçib – 3 saat, 9 dəqiqə, 20 saniyə. Xatırladaq ki, Matey Müqerli yarışın 1-ci mərhələsində 2-ci, 2-ci mərhələsində isə 5-ci olmuşdu. Bu amil təmsilçimizə ümumi təsnifatda liderdən cəmi 3 saniyə geri qalmaqla yarışı 3-cü pillədə bitirməyə imkan verib.

Qeyd edək ki, “Synergy Baku” bu yarışda Maksim Averin, Matey Müqerli, Kiril Pozdnyakov, Matiya Kvasina, Yannis Tamuridis və Samir Cəbrayılovla təmsil olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43