Kateqoriyasız

“Sumqayıt”da ciddi itki

Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində səfərdə “Rəvan”ın qonağı olacaq “Sumqayıt” bu matça ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, ötən gün keçirilən “Qarabağ”la matçda sarı vərəqə alan Slavik Alxasov cəzalı duruma düşdüyündən növbəti matçı buraxmalı olacaq.

Qeyd edək ki, “Rəvan” – “Sumqayıt” matçı martın 18-i baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43