Kateqoriyasız

Şahin Diniyev: “Biz nə böyük, nə də kiçik komandayıq”

“Hər bir matç bizim üçün kubok matçına bənzərdir, çünki oyunlarımız çətin keçir. Biz nə böyük, nə də ki, kiçik komandayıq. Liderlərdən geri qalmamaq üçün bizə bu gün üç xal lazım idi, onu da qazandıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 25-ci turunda “Xəzər Lənkəran”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun saytına deyib.

Ş.Diniyev rəqibin qarşılaşma ərzində onlara ciddi probler yaratdığını bildirib:

” Əsas olan nəticədir. Amma rəqib bizə çox ciddi problemlər yaratdı. Bunun baş verməməsi üçün tez qol vurmalı idik. İlk yarıda qol epizodlarından istifadə edə bilmədik. Vaxt getdikcə ”Xəzər Lənkəran” oyuna uyğunlaşıb müdafiə xəttində səhvsiz oynadı. Fasilədə uşaqlara pressinq edib tez qol vurmağı tapşırdıq. Təsadüf, yoxsa zərurətdən qol vurduğumuz deyə bilmərəm. Əks-hücumlara belə bağlayıb, rəqibin hücum etməsinə imkan yaratdıq, amma ikinci qolu çox gec vurduq”.

O, rəqibi yaxşı oyun münasibəti ilə təbrik edib:

” Komandamızın iki əsas müdafiəçisi oyunu buraxırdı, bu səbəbdən müdafiəçilərin yerini dəyişmişdik. Müdafiənin mərkəzində həmişə Şəhriyar Əliyev ilə Tərlan Quliyev birlikdə oynayıb, bu gün sonuncunu cinaha çəkmişdik. Mərkəzdə isə Tural Nərimanov və Azad Kərimov çıxış edirdi. Turalla Azad birlikdə bu mövqedə oynamayıblar, ona görə anlaşma istənilən kimi deyildi. Qol epizodları müdafiənin mərkəzindən yaranırdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43