Ölkə futbolu

Tərlan Əhmədov istefa verir

Azərbaycan Premyer Liqasının XXIII turunda “Keşlə” səfərdə “Sumqayıt”a 2:1 hesabı ilə məğlub olub. Bu məğlubiyyətin ardından paytaxt təmsilçisi sonuncu pilləyə yuvarlanıb.

Oyunun ardından keçirilən mətbuat konfransında “Keşlə” komandasının baş məşqçisi Tərlan Əhmədov istefa barəsində rəhbərliklə danışacağını bildirib.

Qeyd edək ki, Tərlan Əhmədov bu mövsüm Milinkoviçi əvəzləyərək “Keşlə”nin başına keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43