Kateqoriyasız

Tərlan Əhmədov: “Neftçi”nin müdafiədə oynayacağını bilirdik”

 “Ancaq bizdə vaxt az oldu. Buna baxmayaraq, komandadan istədiyim futbolu gördüm. Hücumda problemlərimiz var. Erkən qol planlarımza təsir etdi. Bilirdik ki, “Neftçi” müdafiə futbolu oynayacaq. Hücum etməyi, rəqibi təzyiq altında saxlamağı tapşırmışdım. Məğlubiyyətə baxmayaraq, oyundan razı qaldım. Qış fasiləsinədək 4 tur var. Getdikcə daha maraqlı futbol oynayan “Keşlə” görəcəksiniz”.

–  Rəqibin sabiq klubunuz “Neftçi” olması oyuna təsir etdimi?
–  Bu, artıq keçmişdə qalıb AZAL-da, “Xəzər Lnkəran”da da işləmişəm. Peşəkar fəaliyyətdə hər il dəyişiiklik ola bilər. Bunlardan mənim işimə problem yaradacaq nəsə yoxdu. Keçmişlə yaşamıram.

–  Keçən il “Neftçi”ni qəbul edəndə də çətin vəziyyətdə idi, amma sonda 3-cü edə bilmişdiz. “Keşlə” ilə də bunu bacarmaq mümkün olacaq?
–  Bacarıb-bacarmamaq görəcəyimiz işdən asılıdı. Bu, kollektiv işdi. Hər halda, burda hamı uğur üçün çalışır. Keçən oyundan daha fərqli oynadıq. Addım-addım işimizi görməyə başlayırıq. “Qarabağ”la oyundan bir gün əvvəl gəlmişdim, ondan sonra isə iki gün vaxt var idi. Əsas işimiz taktiki və psixoloji baxımdan idi. Bundan sonrası kollektiv işdən asılıdı.

–  İstirahət üçün az vaxtınızın olduğunu dediz. Bununla bağlı harasa müraciət etmişdiz?
–  Yox. Əvvəldən məlum idi ki, bu gün oynayacağıq. İstəyirik, bəlkə bir gün sonraya keçirək. Ümumiyyətlə, dünya futbolunda 72 saat istirahət var. Bunu əlimizdə bayraq etmirik. Sadəcə rəqib 1 həftə, biz 2 gün dincəlmişdik. Xüsusi qabartmağa ehtiyac yoxdu. (matç.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43