Ölkə futbolu

Tərlan Əhmədovun cəzası bəlli oldu

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” – “Keşlə” matçında  “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov hakimə qarşı kəskin etiraz etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.

Qeyd edək ki, T.Əhmədov sözügedən qarşılaşmda “Qarabağ”ın birinci qolunda hakimə etiraz edərək, epizodda qayda pozuntusu olduğunu bildirmişdi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43