Ölkə futbolu

Tahir Süleymanov: “Onların CV-lərinə yox, nəticələrinə baxsınlar!”

"Söhbət təkcə Pantiçdən getmir. Söhbət Azərbaycana gələn Gede, Adams, Toşak, Syomin və başqalarından gedir. Azərbaycana gələn əcnəbi mütəxəssislərin göstərdiyi uğuru görsərsinlər mənə…  Klublara sponsorluq edən şirkətlərin qarşılığını avrokuboklarda uğur qazanmaqla vermək olar. Mübariz Mənsimov, Tale Heydərov, Abdulbari Goozal, Cahangir Hacıyev, Hafiz Məmmədov və digər klubların sponsorları bu cür şərait yaradıblar. Bu diqqətin qarşılığını vermək lazımdı. Yenə deyirəm söhbət təkcə Pantiçdən getmir. Azərbaycana gələn əcnəbi mütəxəssislərdən gedir". 

Bu sözləri idmanxeber.com-a açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Paytaxt klubunun rəsmisi təkcə Pantiçi deyil, bütün Azərbayacana gəlmiş əcnəbi çalışdırıcıların uğur qazana bilməməsini, lakin bunun qarşılığına milyonlar qazanmalarına təəssüfləndiyini bildirib:

"Elə vaxtı ikən "Neftçi"yə gəlmiş Gedenin də adını çəkdim. Bunlar bizim futbolumuza heç bir xeyir verməyəcəklər. Yaşar müəllimə də məsələhət görərdim ki, pantiçlərin, adamsların, toşakların CV-lərinə yox, yerli mütəxəssilərin göstərdiyi nəticələrə baxsınlar. Ancaq bunun qarşılığında milyon qazanan əcnəbilərdi. Azərbaycan "Qəbələ", "Xəzər Lənkəran", "Qarabağ", "Bakı" və "İnter" kimi klubların hədəfi minimum Avroliqanın qrupları olmalıdı. Biz yerli mütəxəssislərlə uğur qazanmışıq. Ona görə də, əcnəbilərin CV-lərinə baxmasınlar. Uğur qazanan yerli mütəxəssislər, ancaq əcnəbilərin müqavilələrini açıb göstərsinlər, o zaman görərsiz, kim çox qazanır, kim yaxşı nəticə verir. Təkrar edirəm, məsələ təkcə Pantiçdən yox, Azərbaycana gələn bütün əcnəbi mütəxəssislərdə\n gedir. Karlos Alberto Torres, Adams, Toşak, və başqaları heç zaman Azərbaycan futboluna xeyir verməyiblər, verməyəcəklər".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43