Dünyadan

Tomas Müller “Bavariya”nın tarixinə düşdü

Dünən Çempionlar Liqası çərçivəsində “Bavariya” – ÇSKA matçında fərqlənən Tomas Müller rekorda imza atıb.

İdmanxeber.com-un məlumatına görə, almaniyalı futbolçu ÇL-da “Bavariya”nın heyətində ən çox qol  vuran oyunçu olub. Müller turnir ərzində 24 dəfə fərqlənib.

Qeyd edək ki,”Bavariya” – ÇSKA matçı 3:0 hesabı ilə başa çatıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43