İdman

Tovuzda qırmızı vərəqə aldığı üçün hakimi söyən futbolçu diskvalifikasiya edildi

AFFA Nizam-İntizam komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan I divizionun XIX turunun “Ağsu” – “Zaqatala” matçının 54-cü dəqiqəsində “Ağsu” klubunun 10 №-li futbolçusu Nurlan İsbəndiyarov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunub.

Oyunun 69-cu dəqiqəsində “Zaqatala” klubunun 18 №-li futbolçusu Haqverdi Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
“Turan Tovuz” – “Şüvəlan” matçının 90+4-cü dəqiqəsində “Şüvəlan” klubunun 8 №-li futbolçusu Mirkamil Həşimi hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 320 manat cərimə olunub.
“Sabah” – “Binə” matçının 90+2-ci dəqiqəsində “Binə” klubunun 42 №-li futbolçusu Məqsum Qəmbərli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
“Xəzər” – “Mil-Muğan” matçının 80-cı dəqiqəsində “Mil-Muğan” klubunun 8 №-li futbolçusu Anar Babazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 160 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43