Dünyadan

“Trabzonspor” Rusiyadan futbolçu transfer etdi

“Trabzonspor” heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyə təmsilçisi Moskva “Lokomotiv”indən Yan Duritsanı transfer edib. 

Slovakiya millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb. 31 yaşlı müdafiəçinin maaşı da bəlli olub. O, “Trabzonspor”da ilinə 1,3 milyon avro qazanacaq. 

Qeyd edək ki, 8 ildir “Lokomotiv”də çıxış edən Duritsa Slovakiya millisinin heyətində 83 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43