Kateqoriyasız

“Traktorsazi” növbəti matçına çıxır

İran çempionatında üçüncü turunun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, Təbrizin “Traktor Sazi” klubu bu gün öz meydanında “Sorinet”lə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 19:20-də başlayacaq.

Qeyd edək ki, “Traktor Sazi” keçirdiyi iki oyundan sonra 4 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

14 avqust

19:20. “Traktor Sazi” – “Sorinet”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43