Dünyadan

Türk futbolçu rəsmən açıqladı: “Barselona”dan təklif almışam”

Dortmund “Borussiya”sının türk əsilli futbolçusu İlkay Gündoğan “Barselona”dan təklif aldığını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli yarımmüdafiəçi zədəsini tam sağaldandan sonra yekun qərar verəcəyini bildirib: 

“Ən yaxşı performansımı göstərsəm, böyük futbolçunun (Xavi) yerində oynaya bilərəm”.

Qeyd edək ki, İlkay Gündoğan sonuncu dəfə 2013-cü ilin avqustunda meydana çıxmışdı.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43