Ölkə futbolu

“İnter” Səlahət Ağayevi və Abdulla Abatsiyevi Türkiyəyə niyə aparmadı?

“İnter”in Türkiyənin İzmit şəhərində təlim-məşq toplanışında olduğu haqda sizə dünən xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, Bank klubu qardaş ölkəyə tam heyətlə yollanmayıb. 

Belə ki, klubla müqaviləsi bitən Vaqif Cavadov, eləcə də yeni sözləşmə imzalayan Səlahət Ağayev və Abdulla Abatsiyev Türkiyəyə yollanmayıb. 

Ağayev və Abatsıyev milliylə birgə ABŞ-a yollandıqları və San-Fransiskodan yorğun qayıtdıqları ilə əlaqədar klub onlara istirahət verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43