Dünya futbolu

Türkiyə millisinin üzvü La Liqa klubunda

Türkiyə millisinin üzvü Çağlar Söyüncü karyerasını İspaniyada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, “Lester”də çıxış edən futbolçu “Atletiko” ilə razlığa gəlib. Onun yayda La Liqa klubu ilə müqavilə bağlayacağı bildirilib.

Madrid təmsilçisi Söyüncü üçün təzmianat ödəməyəcək. O, cari mövsüm Premyer Liqada cəmi 4 oyunda forma geyinib.

Çağlar Türkiyə millisində 51 oyunda meydana çıxıb və iki qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43