Dünya futbolu

“Oyunun təxirə gedəcəyini düşünürdüm” – Dmitri Nazarov

Almaniya III Bundesliqasının 24-cü turunun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” komandası evdə  “Saarbrüken”i qəbul edib. Ev sahibi komanda görüşdən 2:1 hesabı ilə qalib ayrılıb.

Nazarov komandasının ilk qolunu vurub. O, qarşılaşma sonrası oyun barədə fikirlərini bölüşüb:

“Mən bu şəhərdə yaşayıram. Səhər pəncərədən baxanda oyunun təxirə gedəcəyini düşündüm. Dəhşət çox qar yağmışdı. Belə şəraitdə oynaya biləcəyimizə inanmırdım. Ancaq azarkeşlərimiz sağ olsunlar. Meydanı təmizləməyə kömək etdilər. Hamısına minnətdarıq. Biz də onlara təşəkkürümüzü qaləbə ilə etdik”.

Aue təmsilçisi aktivindəki 30 xalla 13-cü sırada qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43