Kateqoriyasız Ölkə futbolu

Türkiyəli sabiq FİFA referisi Tovuzdakı qalmaqallı epizod haqda: “Təmiz penaltidir”

“Epizod təmiz penaltidir və oyunçu sarı vərəqə ilə cəzalanmalı idi”

Bu sözləri İdmanxeber.az saytına türkiyəli sabiq FİFA referisi Deniz Ateş Bitnel Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Turan Tovuz” – “Kəpəz” qarşılaşmasının son dəqiqələrində yaşanan mübahisəli epizod barədə danışarkən deyib.

Sabiq ədalət təmsilçisi Gəncə klubunun penalti gözləntilərinin doğru olduğunu və hakim Rəvan Həmzəzadənin yalnış qərar verdiyini vurğulayıb:

“Epizodun əvvəlində hər hansı bir qayda pozuntusu yoxdur. Açığı, orada “Kəpəz”li futbolçunun əllə oynadığını demək olmaz. Qoluna təmas olsa belə bu, bilərəkdən deyil. Üstəlik nəzərə alaq ki, cərimə meydançasında qayda pozuntusu başqa oyunçuya qarşı edilib. Bu halda isə qayda pozuntusu yox, penalti təyin edilməlidir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43