Dünya futbolu

“Qarabağ” Konfrans Liqasındakı rəqibini durduran tapılmır

Belçika kubokunda 1/8 final mərhələsinin matçları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” öz meydanında “Serkl Brügge” ilə qarşılaşıb. Əsas vaxtda hesab açılmayıb və matç əlavə vaxta gedib. Burada isə “Gent”in futbolçuları daha dəqiq oynayaraq rəqib qapısına iki dəfə yol tapıblar. Yekunda 2:0 qələbə qazanan “Gent” mərhələ adlayıb.

Qeyd edək ki, “Qarabağ” gələn il fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Gent”i qonaq edəcək. Matç 21:45-də başlayacaq. Bir həftə sonra səfərdə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43