Dünyadan

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası

Türkiyə Super Liqasında çıxış edən “Qaziantepspor” klubu baş məşqçisi ilə yollarını ayırıb.

İdmanxəbər.com-un məlumatına görə, mövsümün əvvəlində komandaya rəhbərlik edən Qartal komandanın uğursuz çıxışlarının ardından istefaya göndərilib.

Qeyd edək ki, geridə qalan 13 turdan sonra aktivində  11 xalı olan”Qaziantepspor” 15-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43