İdman

Türkiyə Superliqasında ilk istefa

Türkiyə Superliqa klubunda şok ayrılıq baş verib. 

İdmanxeber.com-un yerli mətbuata istinadən məlumatına görə, “Akhisar” baş məşqçisi Cihat Arslanla vidalaşıb.

Superliqada cəmi 2 tur geridə qalmasına baxmayaraq, Arslanın istefa xəbəri yerli azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Rəhbərliklə görüşən çalışdırıcı iclasdan sonra vəzifəsindən ayrıldığını açıqlayıb. Buna səbəb kimi, transfer məsələlərində tərəflər arasında fikir ayrılığının yaranması göstərilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43