İdman

UEFA nümayəndəsi “Qarabağ” üçün Bakıdadır

“Qarabağ”ın  Avropa Liqasında Çexiya “Slovan”ı ilə ev oyununu keçirmək istədiyi “Dalğa Arena”ya UEFA nümayəndəsi baxış keçirib.
 
İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə stadionun direktoru Vüqar Haşımov məlumat verib.

Onun sözlərinə görə, Avropa futbol qurumunun nümayəndəsi Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla birgə arenanı gəzib. Daha sonra onlar “Qarabağ”ın uzunmüddətli icarəyə götürdüyü Tofiq Bəhramov adına Respublika stadionuna gediblər.
 
Qeyd edək ki, Respublika stadionunun ot örtüyü yararsız vəziyyətə düşdüyündən, “Slovan”la oyunun “Dalğa Arena”da keçirilməsi nəzərdə tutulub. Qarşılaşma sentyabrın 15-də saat 19:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43