Ölkə futbolu

Tuyqun Nadirov Mahir Şükürov haqda nələr dedi?

“Xəzər Lənkəran”nın vitse-prezidenti Tuyqun Nadirov açıqlamasında TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilmiş oyunda (2:2) azarkeşlərə orta barmağını göstərmiş “Neftçi”nin müdafiəçisi Mahir Şükürovun bu hərəkəti ilə bağlı fikirlərini bildirib:

“Bu tərbiyəsiz hərəkəti şərh etmək istəməzdim. Ancaq bir şeyi deyim ki, öz hərəkəti ilə Şükürov nəinki bizim fanatlara, çıxış etdiyi “Neftçi” və yığmaya da hörmətsizlik nümayiş etdirdi".(azerisport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43