Dünyadan

UEFA “Atletiko”ya həyat verdi

Madrid "Atletiko"sunun qapıçısı Tibo Kurtua "Çelsi"yə qarşı Çempionlar Liqasının yarımfinalında forma geyinə bilər.

İdmanxeber.com-un məlumatına görə, UEFA-nın rəsmi saytında yer alan xbərdə bildirilir ki, iki klub arasındakı müqavilə bu qurumda etibarlı deyil.Bununlada Kurtua "Çelsi"ylə hər iki görüşdə meydana çıxa biləcək.

Xatırladaq ki, "Çelsi"yə məxsus olan belçikalı qolkiperin müqaviləsində göstərilib ki, yarımfinal və ya finalda bu komandalar üz-üzə gələrsə, Kurtua Madrid klubuna yalnız 6 milyon avro qarşılığında kömək edə bilər.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43