Dünyadan

UEFA-dan “Bavariya”ya şok cəza – FOTO

Çempionlar Liqasının 1/8 finalının cavab oyunları çərçivəsində öz meydanında “Arsenal”la bərabərə qalan “Bavariya” UEFA-nın cəzasına məruz qalıb.

İdmanxeber.com-un məlumatına görə, Münhen klubunun cəzalanmasına səbəb yerli fanatların oyunda təhqiredici banner (“Guy Gunners” – “Qey topçular”) açmasıdı. Qurum buna görə, həmin azarkeşlərin əyləşdiyi 124-cü sektoru bir oyunluq diskvalifikasiya edib və klub 10 min avro cəzalandırılıb.

Beləliklə, “Bavariya”nın ÇL-in 1/4 finalı çərçivəsində “Mançester Yunayted”lə keçirəcəyi cavab matçında 124-cü sektor azarkeşlərin üzünə bağlı olacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43