Kateqoriyasız

“Xəzər Lənkəran”da təcili toplantı: nələr müzakirə olundu?

“Xəzər Lənkəran”ın “Simurq”a yenilgisi klub rəhbərliyini “cin atı”na mindirib.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun bu yenilgisinin ardından bu gün klubda təcili toplantı keçirilib. 

Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata əsasən, ard-arda alınan mənfi nəticələr klub rəhbərliyini ciddi tədbirlər atmağa vadar edib. Nəticədə Mustafa Dənizli və onun rəhbərlik etdiyi komandaya son xəbərdarlıq edilıb. Bundan əlavə komandaya istirahət verilməyib və “Neftçi”ylə vacib oyunun hazırlıqlarına başlanılıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43