İdman

UEFA “Qarabağ” və “Qəbələ”nin qazancını açıqladı

UEFA ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edən klubların qazancını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, bu mövsüm olduğu kimi ötən il də ölkəmizi Avropa Liqasında təmsil edən  “Qarabağ” və “Qəbələ”nin də adı siyahıdA var.

Qurban Qurbanovun başçılıq etdiyi komanda ötən mövsüm 3.308.303 avro gəlir əldə edib. “Köhlən atlar” 2,4 milyonu qrup mərhələsində iştiraka görə ələ edibsə, 524.600 avronu qrupdakı çıxışına görə qazanıb.383.703 avro isə teleyayımın payına düşür.

Digər təmsilçimiz “Qəbələ”nin qazancı isə 3.022.565 avrodur. Qriqorçukun komandası 2,4 milyonu qrup mərhələsində iştirakdan əldə edib.”qırmızı-qaralar”  240.000 avronu qrup mərhələsindəki çıxışına, 382.565 avronu isə teleyayımdan əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43