İdman

UEFA “Qarabağ”la bağlı səhvini düzəltdi

UEFA-nın rəsmi saytı “Qarabağ”ın 19 yaşlılardan ibarət komandasının baş məşçqisinin adında yol verdiyi yanlışlığı aradan qaldırıb.
İdmanxeber.com-un məlumatına görə, qurumun saytı əvvəlcə iştirak ərizəsində baş məşqçini icra edən mütəxəssisi Aftandil Hacıyev olaraq göstərsə də, sonradan dəyişiklik edib. Yanlışlığa yol verdiyini anlayan UEFA-nın saytı baş məşqçi kimi Rəşad Sadıqovu göstərib və Gənclər Liqasında “Qarabağ”ı oyunlara 35 yaşlı müdafiəçi çıxaracaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43