Dünya futbolu

UEFA Rumıniya və Macarıstanı cəzalandırdı

UEFA Macarıstan və Rumıniya millilərini cəzalandırdı.

İdmanxeber.com-un məlumatına görə, Ali Futbol Qurumu hər iki ölkə Futbol Federasiyasını cəzalandırıb. Buna səbəb Rumıniya və Macarıstan arasında Avropa Çempionatının qrup mərhələsi çərçivəsində keçirilən matçda iki ölkə azarkeşlərinin təxribat törətməsi olub.

Hər iki milliyə bir oyun azarkeşsiz oynamaq cəzası verən qurum Macarıstan yığmasına 30 min avro, Rumıniya yığmasına isə 32 min avro pul cəzası verib.

Xatırladaq ki, hər iki ölkə azarkeşlərinin stadionun oturacağlarını sındırması və irqçi davranışları insidentə səbəb olmuşdu.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43