Kateqoriyasız

UEFA “Sparta” və “Latsio”nu cəzalandıracaq

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Sparta” – “Latsio” oyunu (1:1) ilə bağlı araşdırmalara başlayıb.

İdmanxeber.com-un məlumatına görə, buna hər iki komandanın azarkeşlərinin qaydalara zidd davranışları səbəb olub.

Meydan sahibi komandanın azarkeşləri qadağan olunmuş banner açmaqda və pirotexniki vasitələrdən istifadədə ittiham olunur. “Latsio”nun azarkeşləri isə Praqa təmsilçisinin heyətində çıxış edən Kosta Namoynesuya qarşı irqçi şüarlar səsləndirdiyi üçün cəzalandırılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43