Dünyadan

Uill Qriqq: “Qrup ikinciliyi üçün vacib oyuna çıxacağıq”

Milli komandamızın Şimali İrlandiya səfəri öncəsində rəqib komandanın futbolçuları açıqlama verməyə davam edirlər.
 
İdmanxeber.com-un məlumatına görə, bu dəfə rəqibin hücumçusu Uill Qriqq matçla bağlı öz fikirlərini bölüşüb:

 

“Qrupun favoriti bəllidir, Almaniya yığması çox çətin komandadır. Ancaq onlara qarşı pis oynamadıq. Azərbaycan isə seçmə mərhələyə yaxşı start verib. Rəqibimiz uğurlu çıxışını bizimlə oyunda da davam etdirmək niyyətindədir. Qələbə bizə lazımdır. Çünki qrup 2-ciliyi üçün vacibdir. Azərbaycan millisini yaxşı analiz etmişik. Müdafiə xəttində etibarlı olan komanda ilə qarşılaşacağıq. Avropa çempionatından sonra hədəfimiz dünya çempionatına qatılmaqdır.  İnanıram ki, təcrübəmiz sayəsində bunu bacaracağıq”. 

 

Xatırladaq ki, Şimali İrlandiya – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43