Dünyadan

“Fənərbaxça”da Lens şoku

Hollandiya Milli Komandasında zədələnən Jeremeyn Lensin milli komandanın düşərgəsindən ayrıldığı açıqlanıb.

İdmanxeber.com-un verdiyi məlumata görə, “Fənərbaxça”da göstərdiyi müvəffəqiyyətli performansla yenidən milliyə dəvət alan Lens Belçika ilə oynanılan hazırlıq matçında 67-ci dəqiqədə meydandan çıxıb.

Hollandiya yığmasının baş məşqçisi Danny Blind, Jeremeyn Lensin 13 noyabr bazar günü qarşılaşacaqları Lüksemburq matçında forma geyə bilməyəcəyini bildirib.

“Fənərbaxça” səhiyyə heyəti Lens’in vəziyyətini yaxından izləyir. Hollandiyalı ulduzun “Qalatasaray”derbisində heyətdə yer alıb-almayacağı keçiriləcək müayinələrdən sonra müəyyən olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43