Dünyadan

Ulduz futbolçu “Barselona”dan gedir – yeni komandası da bəllidi

İtaliyanın “İnter” klubu “Barselona”nın üzvü Pedro Rodriqesi transfer etməyə çox yaxındır.

İdmanxeber.com-un məlumatına görə, Milan təmsilçisi 27 yaşlı forvardla razılığa gəlib. 

İtaliya nəhəngi buy transfer üçün Kataloniya təmsilçisinə 16.5 milyon avro ödəyəcəyi gözlənilir. Bir problem çıxmayacağı təqdirdə, Pedro bu mövsümün sonu “İnter”lə müqavilə imzalayacaq.

Qeyd edək ki, bu mövsüm 40 matçda oynayan Pedro 10 qol vurub və 7 qol ötürməsi verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43