Dünyadan

Uruqvay növbəti 3 xalını qazanıb – VİDEO

DÇ – 2018 seçmə mərhələsi çərçivəsində baş tutan oyunda Uruqvay millisi Ekvador ilə üz-üzə gəlib.

İdmanxeber.com-un məlumatına görə, matça sürətli başlayan ev sahibi 12-ci dəqiqədə Sebastian Koatesin vurduğu qol ilə önə keçib. İlk hissənin sonlarında hər iki komanda hərəyə bir dəfə fərqlənməyi bacarıb.

Əvvəlcə Kaisedo hesabı bərabərləşdirib, ardınca isə Dieqo Rolan ilk hissənin son saniyələrində komandasını hesabda yenidən irəli çıxarıb: 2-1.

İkinci 45 dəqiqədə qapılara qol vurulmayıb və Uruqvay yığması növbəti 3 xalını qazana bilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43