Kateqoriyasız

“Vəziyyəti təhlil edirik, qərarlar verəcəyik” – “Dinamo”nun azərbaycanlı idman direktoru

“Vəziyyəti təhlil edirik. Qərarlar verəcəyik. Düzdür, çoxlu suallar var və düşünürük”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Dinamo-Avto” klubunun idman direktoru Rəsul Allahverdiyev Moldova mətbuatına müsahibəsində deyib.

Tiraspol təmsilçisinin rəsmisi komandanın azərbaycanlı baş məşqçisi Novruz Əzimovun gələcəyindən də danışarkən sözlərinə belə davam edib:

“Bu məsələ ilə bir qərar verməmişik. Komandanın qarşıda toplanışı olacaq. Mövsümün ikinci hissəsinə yaxşı hazırlaşmağa çalışacağıq”.

Əzimov bu ilin sentyabrında “Dinamo-Avto”ya baş məşqçi təyin edilib. Onun rəhbərlik etdiyi kollektiv yerli çempionatda 0 xalla sonuncudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43