Kateqoriyasız

Valbuenanı intim videogörüntü ilə daha bir ulduz futbolçu şantaj edib

Son günlər gündəmdən yenicə düşən Matyu Valbuenanın şantaj məsələsi yenidən diqqət mərkəzinə gəlib.

İdmanxeber.com-un məlumatına görə, fransız futbolçunu Samir Nasrinin də şantaj etdiyi iddia edilir.

Bu barədə "La Bonde"yə danışan bəstəboy futbolçu:

"Nasri ilə münasibətlərim ötəri olmayıb. İndi məni heç nə təccüblənmir. İnsan belə xəbərləri eşitdikcə, sanki tərk edilmiş qorxunc evdə olduğunu hiss edir", – sözlərini deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43