Kateqoriyasız

“Valletta”nın baş məşqçisi “Qarabağ”dan ürək dolusu danışdı

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”a 0:1 hesabı ilə məğlub olan “Valletta” klubunun baş məşqçisi mətbuatın suallarını cavablandırıb.

İdmanxeber.com-un məlumatına görə, Qilbert Aqius  sözügedən oyun haqqında bu sözləri deyib:

“Bizim əsas məqsədimiz qapımızdan qol buraxmamaq idi. Komandam keyfiyyətli oyuna üstünlük verdi. Düşünürəm ki, görüşün sonuna qədər təzyiqlərimizi davam etdirsəydik, mütləq rəqibdə hansısa boşluqlar aşkar edəcəkdik. Beləliklə də hesabı bərabərləşdirə bilərdik.Oyuna ən düzgün şəkildə hazırlaşmışdıq. Komandam rəqibə yaxşı müqavimət göstərirdi. Ancaq bu faktdır ki, “Qarabağ” ardıcıl bir neçə il Avropa Liqasında uğurlu çıxış edən komandadır. Rəqibin heyətində güclü futbolçular var. Əsasən də üç braziliyalı yarımmüdafiəçini (Reynaldo, Çümbinyo, Almeyda) qeyd edə bilərəm. Hansı ki, onlar həm orta sahədə oyun qurur, həm də sürətli hücumlar təşkil edirdilər.İki komanda arasında böyük keyfiyyət fərqi var. Ancaq təslim olmaq fikrində deyilik. Futbolçularımı cavab oyununa çox yaxşı hazırlayacağam. İnanıram ki, onlar bacardıqları ən yaxşı oyunu göstərəcəklər.  “Valletta”  çempionluq yarışında böyük xarakter göstərib. İnanıram ki, “Qarabağ”la cavab oyununda da fədakarlıq edəcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43