Kateqoriyasız

Vaqif Cavadov daha bir il “Sumqayıt”da

“Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Sumqayıt təmsilçisi Vaqif Cavadovla yeni müqavilə imzalayıb.

Adıçəkilən yarımmüdafiəçi klubla 1 illik sazişə imza atıb.

Qeyd edək ki, Vaqif Cavadov 2015/2016 mövsümündə “Sumqayıt”ın heyətində Premyer Liqada 16 qarşılaşmada meydana çıxıb (1235 dəqiqə) və 3 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43