Kateqoriyasız

Və Ermənistan klubu Qurbanovu geri göndərdi: “Klub rəhbərliyi ona müqavilə təklif etməyi belə ağılından keçirməyib”

Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq müdafiəçisi Şamil Qurbanovun Ermənistanın “Uliss” klubuna keçidi baş tutmayıb.

İdmanxeber.com-un məlumatına görə, İrəvan təmsilçisinin rəsmi saytında yer alan xəbərdə bildirilir ki, baxışdan üzüağ çıx abilməyən Qurbanov geri göndərilib

Klubun rəsmi syatında yer alan xəbəri sizə çatdırırıq:

“Bir müddət öncə biz xəbər yaymışdıq ki, müdafiəçi Şamil Qurbanov da daxil olmaqla “Uliss”də bir sıra futbolçular baxışdan keçirilir. Bu futbolçu milliyətcə dağıstanlıdır və Rusiya vətəndaşıdır. Qurbanov “Uliss”də bir yoxlama oyunu keçirdikdən sonra komandanın heyətini tərk edib. Klub rəhbərliyi ona müqavilə təklif etməyi belə ağılından keçirməyib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43