Kateqoriyasız

Vəli Qasımov: “Rəqibimizin heyətində Avropa səviyyəli oyunçular var”

Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində iyulun 21-də keçiriləcək “Şkendiya” – “Neftçi” oyunu ərəfəsində mətbuat konfransı baş tutub.

İdmanxeber.com-un məlumatına görə,konfransda”Neftçi” başməşqçisi Vəli Qasımov və qapıçı Krşevan Santini fikirlərini bildiriblər.

Vəli Qasımov: “Rəqibimiz güclüdür, heyətində Avropa səviyyəli oyunçular var. Bununla belə, zəif yerlərindən istifadə etməyə çalışacağıq. Bura mərhələni keçməyə gəlmişik. Futbolçularımızdan çox şey asılıdır. Sonadək mübarizə aparsaq, istədiyimiz nəticəni qazana bilərik. Şansları əllinin-əlliyə dəyərləndirirəm”.

Krşevan Santini: “Baş məşqçimizlə eyni fikirdəyəm. Biz bura mərhələ adlamaq üçün gəlmişik. Rəqibin güclü olmasına baxmayaraq, mübarizə aparıb növbəti mərhələyə çıxmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43